
AzTU-da “Zəfərdən doğan günəş” adlı tədbir keçirilib
Ali təhsil müəssisələrimiz vətənpərvərlik layihələrini və təhsil sistemindəki mühüm hadisələri izləmək üçün direktor.az-a abunə olun. Universitetlərimizdəki ən son tədbirlər, ictimai təşəbbüslərdən məlumatlı olmaq üçün bizi izləyin.
Azərbaycan Texniki Universiteti (AzTU) və “Şəhid ailələrinə sosial dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunan “Zəfərdən doğan günəş” adlı tədbir keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Şəhid ailələrinin üzvləri, qazilər, Milli Məclisin deputatları və universitet nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə universitetin foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb. Daha sonra AzTU-nun “Ana harayı” abidəsi ziyarət olunub.
Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən AzTU-nun tədris məsələləri üzrə prorektoru Sübhan Namazov, Milli Məclisin deputatları Ceyhun Məmmədov, Anar İsgəndərov, Tənzilə Rüstəmxamlı və Hikmət Babaoğlu Zəfər Gününün xalqımızın tarixindəki müstəsna əhəmiyyətindən danışıblar.
Çıxışlarda 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərin Azərbaycan xalqının birliyinin, milli iradəsinin və əzmkarlığının parlaq nümunəsi olduğu vurğulanıb. Bildirilib ki, bu Zəfər Müzəffər Ali Baş Komandanın rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın həmrəyliyi sayəsində qazanılıb.
Həmçinin şəhidlərin Vətən qarşısında göstərdikləri misilsiz fədakarlığın heç zaman unudulmayacağı, qazilərin qəhrəmanlığının hər zaman yüksək qiymətləndirildiyi qeyd olunub.
Tədbirin bədii hissəsində Zəfər Gününün ruhunu, Vətən sevgisini, qəhrəmanlıq və vətənpərvərlik duyğularını əks etdirən musiqi və bədii kompozisiyalar təqdim olunub. Sağlamlıq imkanları məhdud uşaqların ifaları iştirakçılar tərəfindən maraqla qarşılanıb və tədbirə xüsusi rəng qatıb.
Sonda şəhid ailələrinin üzvləri onlara göstərilən diqqətə görə təşəkkür ediblər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

