
İşğaldan azad edilən ərazilərdə 40 təhsil müəssisəsi istifadəyə verilib
Təhsil infrastrukturunun bərpasını, yeni məktəb açılışlarını izləmək üçün direktor.az-a abunə olun. Azad edilmiş torpaqlarımızda təhsilin dirçəlişi, rəsmi statistikalardan məlumatlı olmaq üçün bizi izləyin.
Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə təhsil müəssisələrinin tikintisi, bərpası və fəaliyyəti istiqamətində işlər davam etdirilir.
Direktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Bu günədək həmin ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Ümumi təhsil müəssiələrində 642 müəllim, 197 texniki işçi; məktəbəqədər təhsil müəssisələrində isə 47 müəllim, 94 texniki işçi fəaliyyət göstərir. Təhsil infrastrukturunun inkişafı doğma yurda qayıdan ailələr üçün əlçatan təhsil imkanlarının yaradılmasına xidmət edir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

