
MDU kollektivi Zəfər Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib
Ali təhsil müəssisələrimizdəki vətənpərvərlik tədbirlərini, tələbələrin fəaliyyətini izləmək üçün direktor.az-a abunə olun. Universitetlərimizdəki ən son Zəfər tədbirləri, rəsmi elanlardan məlumatlı olmaq üçün bizi izləyin.
8 noyabr 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) professor-müəllim və inzibati heyəti, eləcə də tələbələri 8 Noyabr – Zəfər Günü münasibətilə Mingəçevir şəhərindəki Şəhidlər xiyabanını ziyarət ediblər.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb.
Şəhidlərin Vətənə sədaqəti və fədakarlığı xalqımızın milli yaddaşında əbədi yaşayır. Onların qəhrəmanlıq nümunəsi gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində, milli birlik və dövlətçilik dəyərlərinə bağlılığının möhkəmlənməsində mühüm mənəvi əhəmiyyət daşıyır.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

