
AzTU müəllimi Qırğızıstan-Türkiyə Manas Universitetində seminarlar keçirib
Ali təhsil müəssisələrində keyfiyyət təminatı mexanizmlərini, beynəlxalq təcrübə mübadiləsini izləmək üçün direktor.az-a abunə olun. Universitetlərin qlobal əməkdaşlığı və strateji yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Texniki Universitetinin (AzTU) Kibertəhlükəsizlik kafedrasının müdiri Yadigar İmamverdiyev Orhun Mübadilə Proqramı çərçivəsində Qırğızıstanın Bişkek şəhərində akademik mobillikdə iştirak edib.
Direktor.az xəbər verir ki, bu barədə AzTU-dan bildirilib. Səfər çərçivəsində Yadigar İmamverdiyev Qırğızıstan-Türkiyə Manas Universitetinin Mühəndislik fakültəsinin Kompüter mühəndisliyi kafedrasının professor-müəllim heyəti və tələbələri ilə görüşüb. Görüşlərdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində aktual məsələlər, elmi əməkdaşlıq və akademik təcrübə mübadiləsi müzakirə olunub.
Akademik mobillik proqramı çərçivəsində Yadigar İmamverdiyev universitetin professor-müəllim heyəti və tələbələri üçün kibertəhlükəsizliyin aktual istiqamətlərinə həsr olunmuş seminarlar da keçirib. Seminarlarda şəbəkə infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi, açıq mənbələr əsasında kibertəhdidlərə dair məlumatların toplanması və təhlili, həmçinin kiberhücumların mərhələlərinin müəyyənləşdirilməsi və onların qarşısının alınması metodları barədə ətraflı məlumat verilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

