
Təhsil müəssisələrində psixoloq vəzifəsinə vakansiya elan edilir
Təhsil sahəsindəki işə qəbul proseslərini, vakansiya elanlarını izləmək üçün direktor.az-a abunə olun. Pedaqoji kadrların yerləşdirilməsi, rəsmi qeydiyyat tarixlərindən xəbərdar olmaq üçün bizi izləyin.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan psixoloq vəzifəsinə işə qəbul müsabiqəsinə start verilir.
Direktor.az xəbər verir ki, psixoloq vəzifəsi üzrə işə qəbul olmaq istəyən psixologiya üzrə ali təhsilli namizədlər 30 noyabr tarixindən 11 dekabr 2026-cı il tarixinədək şəxsiyyət vəsiqəsinin, diplomun, əmək kitabçasının surətlərini (namizəd şəhid ailəsinin üzvüdürsə vəsiqənin surətini) yaşadıqları ərazi üzrə Təhsil Şöbələrinə təqdim edərək qeydiyyatdan keçə bilərlər.
Müsabiqə 4 mərhələdən (qeydiyyat, test, müsahibə və vakant yer üzrə yerləşdirmə mərhələsi) ibarətdir. Müraciət edənlərin şəxsi məlumatlarının uyğunluğu yoxlandıqdan sonra namizədlər test mərhələsinə buraxılacaqlar. Test mərhələsində hər bir namizədə vəzifə proqramına aid 25, informasiya və kommunikasiya texnologiyalarına, məntiqi təfəkkürün və dünyagörüşünün yoxlanılmasına aid isə hər birindən 5 olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim ediləcək. Test suallarının 70 faiz və daha çoxunu düzgün cavablandırmış namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanacaqlar. Müsahibədə namizədlərin vəzifə bilikləri, peşəkar kompetensiyaları, psixoloji hazırlığı və dünyagörüşü müvafiq meyarlar əsasında 5 ballıq şkala ilə müvafiq komissiya tərəfindən yoxlanılacaq. Namizədlər meyarlar üzrə ortalama 2,5 bal topladıqda bu mərhələni uğurla keçmiş sayılacaqlar.
❗️Müsabiqə şərtləri ilə bağlı məlumat https://l24.im/l1KUHC linkində, proqramla bağlı məlumat https://l24.im/WsdOgLo linkində vakant olan vəzifələrlə bağlı məlumat isə https://l24.im/zOmYt linkində yerləşdirilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
