
Yeni nəsil “Fizika” dərsliyi ilə bağlı vebinar keçiriləcək
Müəllimlərin adaptasiyası, peşəkar inkişaf görüşləri və maarifləndirici vebinarlar barədə məlumatlar üçün direktor.az-a abunə olun. Ümumi təhsil idarəçiliyi, dərsliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Noyabrın 30-u saat 15:00-da Təhsil İnstitutunun Tədris resursları şöbəsinin müdiri, dərslik həmmüəllifi Rasim Abdurazaqovun moderatorluğu ilə “2026/2027-ci tədris ilində 9-cu siniflərdə ilk dəfə tətbiq olunan yeni nəsil “Fizika” dərsliyinin məzmunu və tədrisi metodikasında müasir yanaşmalar” mövzusunda vebinar keçiriləcək.
Direktor.az xəbər verir ki, bu barədə Təhsil İnstitutundan bildirilib. Vebinarda spiker qismində Təhsil İnstitutunun Tədris resursları şöbəsinin baş mütəxəssisi, ADPU-nun fizika müəllimi, fizika dərsliyinin həmmüəllifi Əli Ağacanlı, ADA məktəbi – Beynəlxalq Bakalavr proqramı üzrə fizika müəllimi, dərslik həmmüəllifi Dünyamalı Məmmədov və Kimya və Biologiya Təmayüllü Respublika Liseyinin fizika müəllimi, direktor müavini, fizika dərsliyinin həmmüəllifi Zamir Dadaşov çıxış edəcəklər. Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

