
DİM dövlət qulluqçuları üçün təlimlər keçirib
Peşəkar bacarıqların artırılması, idarəetmə təlimləri və dövlət qulluğunda səriştələrin qiymətləndirilməsi ilə bağlı yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Maarifləndirici layihələr və təhsil sistemindən xəbərdar olmaq üçün bizi izləyin.
Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı ilin sonunadək Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə əsasən bütün regionlarda dövlət qulluqçuları üçün təlimlərin keçirilməsi davam etdirilir.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. 24-27 noyabr 2026-cı il tarixlərində Kürdəmir, Göyçay, Ucar və Zərdab rayonlarında qulluq keçən dövlət qulluqçuları üçün “Ünsiyyət bacarıqlarının inkişafı”, “Dövlət qulluğunda vakant inzibati vəzifələrin idarə edilməsi” və “Cəmiyyətə xidmət psixologiyası: dövlət qulluqçusunun daxili motivasiyası” mövzularında təlimlər keçirilib. Təlimlər zamanı iştirakçılara qeyd olunan mövzular üzrə məlumat verilib, müzakirələr aparılıb və onların sualları cavablandırılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

