
AzTU rektoru beynəlxalq təhsil qrantı ilə qəbul olunan əcnəbi tələbələrlə görüşüb
Azərbaycanın ali məktəblərində əcnəbi tələbələrin təhsil imkanları, qlobal akademik tərəfdaşlıqları izləmək üçün direktor.az-a abunə olun. Beynəlxalq tələbə qəbulu, diplomatik görüşlərdə səsləndirilən strateji qərarlardan xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev 2026/2027-ci tədris ilində “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində AzTU-ya qəbul olunan əcnəbi tələbələrlə görüşüb.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Görüşdə beynəlxalq təhsil proqramının əhəmiyyəti, AzTU-da yaradılan təhsil imkanları və tələbələrin akademik inkişaf perspektivləri müzakirə olunub. Tələbələr universitetdə təhsil almaqla bağlı təəssüratlarını bölüşüb, ixtisasları üzrə bilik və bacarıqlarını inkişaf etdirmək, elmi və peşəkar fəaliyyətlərini genişləndirmək istiqamətində planlarından danışıblar.
Rektor Vilayət Vəliyev tələbələrə təhsillərində uğurlar arzulayıb, onların universitetin elmi və akademik mühitində fəal iştirakının vacibliyini vurğulayıb. O həmçinin tələbələrin Azərbaycanda qazandıqları bilik və təcrübənin gələcək peşəkar fəaliyyətlərində mühüm rol oynayacağına əminliyini ifadə edib.
Qeyd edək ki, əcnəbi tələbələr ilk dəfədir ki, “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində AzTU-da təhsil alırlar. Proqram çərçivəsində universitetə qəbul olunan tələbələr Sudan, Ekvador, Fil Dişi Sahili, Qambiya və Tanzaniya vətəndaşlarıdır.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

