
Emin Əmrullayev vətəndaşları qəbul edib
Vətəndaş qəbulları, təhsil idarəçiliyi və maarif-təhsil sistemindəki bütün mühüm hadisələri izləmək üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki ən son rəsmi elanlar, vətəndaş müraciətləri və yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Noyabrın 16-da elm və təhsil naziri Emin Əmrullayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib.
Direktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Qəbulda Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur sakinləri iştirak ediblər. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

