
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürülüb
Ali təhsildə akkreditasiya qərarlarını, tələbələrin köçürülmə statistikalarını və universitetlərlə bağlı rəsmi elanları izləmək üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki struktur dəyişikliklərini, rəsmi agentlik açıqlamalarını və ali məktəb gündəmindəki vacib inkişafları qaçırmamaq üçün bildirişləri aktiv edin.
Bakı Qızlar Universitetinin fəaliyyətini dayandırması ilə əlaqədar tələbələrin təhsilinin fasiləsizliyinin təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə köçürülməsi yekunlaşıb.
Direktor.az bizim.media-ya istinadla xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, universitetin 1500-ə yaxın tələbəsinin hamısı artıq özəl universitetlərə köçürülüb.
Tələbələrdən 682 nəfəri Odlar Yurdu Universitetinə, qalanları isə Azərbaycan Universitetinə yerləşdirilib.
Qeyd edək ki, Bakı Qızlar Universiteti akkreditasiyadan keçmədiyi üçün fəaliyyətini dayandırıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin