
BDU-nun 112 müəllim və tələbəsi IELTS imtahanında yüksək bal toplayıb
Ali təhsil müəssisələrimizdə beynəlmiləlləşmə prosesini, akademik heyət və gənclərin dil biliklərinin inkişafına ayrılan dövlət dəstəyini izləmək üçün direktor.az-a abunə olun. Tələbə və müəllimlər üçün yaradılan təqaüd imkanları, beynəlxalq sertifikasiya layihələrindən məlumatlı olmaq üçün bizi izləyin.
2026-ci ilin doqquz ayı ərzində “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanlarının IELTS imtahanına təşviq edilməsi” layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin 112 nəfər müəllim və tələbəsi imtahanda 7 və daha artıq bal toplayıb.
Direktor.az xəbər verir ki, bu barədə BDU-dan bildirilib. Onların xərcləri Təhsilin İnkişafı Fondu tərəfindən qarşılanıb. Onlardan 58-i imtahanda 7.0, 36-sı 7.5, 15-i 8.0, 3 nəfəri isə 8.5 nəticə əldə edib. Qeyd edək ki, layihə 2022-ci ildən etibarən Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə təşəbbüsü ilə həyata keçirilir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

