
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi Özbəkistana işgüzar səfər edib
Ali təhsildə beynəlxalq əməkdaşlığı, elmi-innovativ təşəbbüsləri və maarif sistemindəki strateji addımları izləmək üçün direktor.az-a abunə olun. Dövlət agentliklərinin xarici əlaqələri, birgə qrant layihələrindən xəbərdar olmaq üçün bizi izləyin.
27–29 oktyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nicat Əsədli Özbəkistan Respublikasında səfərdə olub.
Direktor.az xəbər verir ki, səfər çərçivəsində Nicat Əsədli “Innoweek” tədbirində və “Mərkəzi Asiya Dövlətlərinin Təhsil Forumu”nda iştirak edib. Bununla yanaşı, Agentliyin direktor müavini Özbəkistanın bir sıra tədqiqat və təhsil müəssisələri ilə görüşlər keçirib. O, Qabaqcıl Texnologiyalar Mərkəzi və Bərpaolunan Enerji Mənbələri üzrə Elmi Tədqiqat İnstitutunun fəaliyyəti ilə tanış olub, müəssisələrin elmi-tədqiqat potensialı və infrastrukturu barədə məlumat əldə edib.
Səfər çərçivəsində həmçinin Özbəkistan Respublikasının İnnovativ İnkişaf Agentliyinin rəhbər heyəti ilə də işgüzar görüş keçirilib. Görüşdə Azərbaycan-Özbəkistan birgə müsabiqə layihəsinin icrası ilə bağlı məsələlər müzakirə olunub, eləcə də elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi və gələcək birgə layihələrin həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

