
Meksika səfiri ADU-nun qonağı olub
Ali təhsil müəssisələrimizin beynəlxalq əlaqələrini, maarif-təhsil sistemindəki mühüm hadisələri izləmək üçün direktor.az-a abunə olun. Universitet həyatındakı diplomatik görüşlər, tələbə-müəllim mübadiləsi perspektivlərindən xəbərdar olmaq üçün bizi izləyin.
Oktyabrın 29-da Meksikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri, xanım Mariya Viktoriya Romero Kabalyero Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri və onu müşayiət edən qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.
Görüş zamanı Azərbaycan ilə Meksika arasında əlaqələrin inkişaf perspektivləri, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də universitetlərarası əlaqələrin qurulması imkanları ətrafında fikir mübadiləsi aparılıb. Rektor Kamal Abdulla Azərbaycan Dillər Universitetinin beynəlxalq əməkdaşlıq istiqamətində həyata keçirdiyi layihələr, universitetdə xarici dillərin tədrisi barədə məlumat verib.
Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero səmimi qəbula görə təşəkkürünü bildirib, Azərbaycan Dillər Universitetində olmaqdan məmnunluğunu ifadə edib. O, iki ölkə arasında təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin, tələbə və müəllim mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Görüş zamanı Meksikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin yaradılması imkanları da müzakirə olunub. Belə bir mərkəzin açılmasının Azərbaycan dilinin və milli-mədəni irsimizin Meksikada tanıdılması, iki ölkə arasında humanitar əlaqələrin möhkəmləndirilməsi və xalqlar arasında qarşılıqlı anlaşmanın inkişafı baxımından əhəmiyyəti vurğulanıb.
Tərəflər bu istiqamətdə əməkdaşlığın perspektivlərini müzakirə edərək, təhsil və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd ediblər. Azərbaycan dilinin, ədəbiyyatının və mədəniyyətinin beynəlxalq miqyasda təbliği baxımından bu cür təşəbbüslərin əhəmiyyəti diqqətə çatdırılıb. Görüşdə gələcək əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

