
Mövzu №1. Məktəbdə idarəetmənin nəzəri və psixoloji əsasları. E.Qafarov
Bu mühazirədə ümumi təhsil müəssisəsində idarəetmənin mahiyyəti, məktəb rəhbərinin pedaqoji liderlik rolu və idarəetmə subyektlərinin qarşılıqlı fəaliyyəti izah olunur. Testlər verilib Mətn tədris prosesinin, tərbiyə işinin, məktəb mühitinin, müəllim fəaliyyətinin və şagird nəticələrinin vahid idarəetmə sistemi kimi əlaqəsini açıqlayır. Monitorinq, məktəbdaxili nəzarət, qiymətləndirmə, korrektə, iş bölgüsü və qərar qəbul etmə mexanizmləri məktəb reallığı əsasında şərh edilir. Mühazirənin əsas ideyası məktəbdə idarəetmənin sənəd və nəzarət sistemi deyil, şagirdin inkişafına yönəlmiş nəticəyönümlü, insan mərkəzli və davamlı təkmilləşən fəaliyyət olmasıdır.





