
Dağlıq-Şirvan məktəblərində valideyn konfransları keçirilir
Təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən təşəbbüsləri, məktəb idarəçiliyinə dair qərarları izləmək üçün direktor.az-a abunə olun. Təhsil ocaqlarındakı təlim-tərbiyə prosesləri, rəsmi tövsiyələrdən məlumatlı olmaq üçün bizi izləyin.
İsmayıllı rayonunda valideynlərin iştirakı ilə konfrans keçirilib. Tədbirin gedişində təhsil müəssisələrində mövcud vəziyyət, tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, məktəb və ailə arasında əlaqələrin daha da möhkəmləndirilməsi, həmçinin uşaqların təhlükəsiz və sağlam mühitdə yetişməsi ilə bağlı məsələlər müzakirə edilib.
Direktor.az xəbər verir ki, bu barədə Dağlıq Şirvan Regional Təhsil İdarəsindən bildirilib. Konfransda İsmayıllı rayonu üzrə təhsil sektorunun müdiri Rəşid Məmmədov, İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov, YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşı Rahim Orucov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, sektorun əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri və valideynlər iştirak ediblər.
Görüş zamanı xüsusilə üç əsas istiqamət diqqət mərkəzində olub:
- Tədris və psixoloji-emosional mühit – Məktəblərdə müsbət psixoloji mühitin yaradılması, şagirdlərin özlərini təhlükəsiz və rahat hiss etmələri üçün zəruri şəraitin formalaşdırılması;
- Rəqəmsal mühitdə təhlükəsizlik – Uşaqların internetdə qarşılaşa biləcəkləri zərərli informasiya və məzmunlardan qorunması, bu istiqamətdə valideynlərin maarifləndirilməsinin vacibliyi;
- Məktəb-valideyn münasibətlərinin inkişafı – Şagirdlərin təlim və tərbiyəsində valideynlərin rolunun artırılması, məktəb və ailə arasında davamlı ünsiyyətin və birgə fəaliyyətin təmin edilməsi.
Valideyn konfranslarının keçirilməsində məqsəd təhsil prosesinin iştirakçıları arasında qarşılıqlı etimad və əməkdaşlıq mühitini gücləndirmək, valideynləri təhsil sahəsində həyata keçirilən işlər barədə məlumatlandırmaq, eyni zamanda mövcud məsələlərin birgə müzakirəsi və həlli üçün imkan yaratmaqdır.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

