
Tibb Universitetinin tələbəsinin elmi tədqiqatı Çində təqdim olunub
Tələbələrimizin beynəlxalq elmi nailiyyətlərini, qlobal konqreslərdəki təmsilçiliyini izləmək üçün direktor.az-a abunə olun. Ali məktəblərdə aparılan innovativ araşdırmalar, akademik uğurlardan xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Tibb Universitetinin (ATU) tələbəsinin elmi tədqiqat işi Çinin Ninbo şəhərində keçirilən VII Dünya Raket İdmanları Elmi Konqresində təqdim olunub.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. ATU-nun II Müalicə-profilaktika fakültəsinin tələbəsi, eyni zamanda Azərbaycan Tennis və Padel Federasiyasının milli səviyyəli akkreditə olunmuş məşqçisi Lamiya Hüseynin araşdırması Azərbaycanın isti iqlim şəraitində məşq edən həvəskar tennisçilərinin hidratasiya vəziyyətinin, tərləmə nəticəsində itirdikləri mayenin miqdarının və maye qəbul etmə vərdişlərinin öyrənilməsinə həsr olunub.
Azərbaycan Tennis və Padel Federasiyasının dəstəyi ilə həyata keçirilən tədqiqat ATU-nun I Daxili xəstəliklər kafedrasının professoru Aytən Məmmədzadənin elmi rəhbərliyi ilə aparılıb. Araşdırmanın nəticələri beynəlxalq konqresdə poster məruzə şəklində təqdim edilib. Bununla yanaşı, “Hydration Status, Sweat Loss, and Fluid Replacement Practices Among Amateur Tennis Players Training in a Hot Climate: A Cross-Sectional Study from Azerbaijan” adlı elmi məqalə konqresin elektron platformasında dərc olunub.
Tədqiqat tennisçilərin sağlamlığının qorunması, fiziki yüklənmə zamanı maye balansının düzgün təmin edilməsi, dehidrasiya riskinin azaldılması və məşq prosesinin elmi əsaslarla təşkili baxımından mühüm əhəmiyyət daşıyır.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
