
Şagirdlər üçün “BilBacar” müsabiqəsinə qeydiyyat başlayıb
İbtidai sinif şagirdlərinin rəqəmsal qiymətləndirmə bacarıqlarını artıran bu cür intellektual yarışları, mərhələ nəticələrini izləmək üçün direktor.az-a abunə olun. Şagirdlərin fərdi inkişafına təkan verən müsabiqələr, rəsmi elanlardan xəbərdar olmaq üçün bizi izləyin.
“BilBacar” müsabiqəsində iştirak etmək istəyən, ibtidai təhsil səviyyəsi üzrə tədris aparan bütün ümumi təhsil müəssisələri üçün qeydiyyat bu gündən başlanıb.
Direktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Məktəblər qeydiyyatdan keçmək üçün bilbacar.edu.az saytında “Məktəblər üçün müraciət” bölməsinə müvafiq məlumatları daxil edə və ya tabe olduqları təhsil idarələrinə müraciət edə bilərlər.
Qeydiyyat zamanı hər bir ümumi təhsil müəssisəsi “BilBacar” məktəb koordinatorunu təyin etməlidir. Məktəblərin qeydiyyatı başa çatdıqdan sonra şagirdlərin qeydiyyatı Təhsil İnstitutu tərəfindən aparılacaq. Şagirdlərin “BilBacar” üzrə hesab məlumatları məktəbin koordinatorunun şəxsi “BilBacar” səhifəsinə əlavə ediləcək.
“BilBacar” müsabiqəsi 2026-2027-ci tədris ilində 3-cü və 4-cü sinif şagirdləri arasında təbiət elmləri (həyat bilgisi çərçivəsində) və riyaziyyat üzrə savadlılığın inkişaf etdirilməsi məqsədilə təşkil olunacaq. Hazırlıq mərhələləri şagirdlərin yarış tapşırıqlarına uyğun bacarıqlarını möhkəmləndirməyə və müsabiqəyə səmərəli hazırlaşmalarına xidmət edir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

