
Dağlıq Şirvan RTİ-nin təşkilatçılığı ilə gənc müəllimlərlə görüş keçirilib
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin təşkilatçılığı yeni fəaliyyətə başlayan müəllimlər ilə keçirilən görüş haqqında detalları direktor.az-dan oxuyun. Müasir tədris metodları, dərsin düzgün planlaşdırılması və pedaqoqlar üçün faydalı metodiki tövsiyələrdən vaxtında xəbərdar olmaq üçün saytımıza abunə olun.
Ağsuda yeni fəaliyyətə başlayan müəllimlərlə maarifləndirici görüş keçirilib.
Direktor.az xəbər verir ki, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Ağsu rayonunda gənc müəllimlər üçün dəstək xarakterli görüş təşkil olunub. Tədbirdə idarənin aparıcı metodisti Qədir Məmmədov iştirak edib.
Görüşün başlıca məqsədi gənc pedaqoqların məktəb mühitinə və peşə fəaliyyətinə adaptasiyasını asanlaşdırmaq, onların metodiki tələbatlarını aşkarlamaq, eləcə də iş prosesində üzləşdikləri çətinlikləri birlikdə nəzərdən keçirərək təcrübə mübadiləsi formalaşdırmaqdan ibarət olub.
Tədbir çərçivəsində dərsin düzgün planlaşdırılması, qiymətləndirmə mexanizmləri, sinfin səmərəli idarə olunması və müasir tədris metodlarının tətbiqi kimi vacib mövzular ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, gənc müəllimlərin fərdi və peşəkar inkişaf yolları müzakirə edilib.
Görüşün yekununda gənc pedaqoqları maraqlandıran suallar cavablandırılıb, tədris prosesində yarana biləcək problemlərin aradan qaldırılmasına dair faydalı metodiki tövsiyələr və istiqamətlər verilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin