
Tibb Universitetində doktorantura imtahanında 22 nəfər kəsilib, 46-sı uğur qazanıb
Doktoranturaya qəbul imtahanlarının yekunları, sınaqlar və elmi dərəcə iddiaçılarının nəticələrindən xəbərdar olmaq üçün direktor.az-a abunə olu. Ali təhsil müəssisələrindəki qəbul proseslərini, elmi yenilikləri və rəsmi xəbərləri etibarlı mənbədən izləmək üçün bildirişləri aktiv edin.
ATU-da doktoranturaya qəbul imtahanları yekunlaşıb.
Direktor.az xəbər verir ki, bu barədə
Azərbaycan Tibb Universitetindən bildirilin. Doktorantura pilləsinə qəbul prosesi çərçivəsində təşkil olunan ixtisas imtahanları başa çatıb. Bütün mərhələlər mövcud təlimatlara tam riayət olunmaqla, şəffaf və obyektiv mühitdə həyata keçirilib.
Cari tədris ilində ali təhsil ocağının doktoranturasına ümumilikdə 68 iddiaçı müraciət edib. Əvvəlcə fəlsəfə və xarici dil sınaqlarından müsbət nəticə əldə edən 46 namizəd növbəti mərhələyə vəsiqə qazanıb.
Sentyabrın 14–18-i tarixlərində təşkil edilən yekun ixtisas imtahanları 22 fərqli istiqamət üzrə keçirilib. Proses boyu iştirakçıların elmi hazırlığı və bilik potensialı ədalətli şəkildə dəyərləndirilib.
Bununla da universitetdə doktoranturaya sənəd verən iddiaçıların imtahan sessiyası uğurla tamamlanıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin