
Daha 90 məktəb təmayülləşmə modelinə qoşulacaq
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təmayülləşmə proqramı, şəbəkəsi genişləndirilən yeni məktəblər və tədris prosesi ilə bağlı qərarları izləmək üçün direktor.az-a abunə olun. Şagird, müəllim və valideynlər üçün operativ elanları, eləcə də ölkə təhsil gündəmindəki bütün yenilikləri vaxtında öyrənmək üçün bildirişləri aktiv edin.
Azərbaycanda təmayülləşmə proqramının tətbiq edildiyi ümumtəhsil müəssisələrinin sayı artırılır.
Direktor.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov İctimai Televiziyanın efirində yayımlanan "Pressinq" proqramında çıxışı zamanı deyib.
O bildirib ki, sözügedən model üzrə fəaliyyət göstərən təhsil ocaqlarının bir qismi yenidən formalaşdırılıb:
"Həmin məktəblərin nəticələrini nəinki əvvəlki illərlə müqayisə etdikdə, eyni zamanda həmin məktəblərin göstəricilərini yerləşdikləri şəhərin və yaxud rayon mərkəzlərinin ali təhsil müəssisələrinə qəbul göstəriciləri ilə müqayisə etdikdə bu məktəblərin ciddi şəkildə, müsbət mənada fərqləndiyini görürük. Bütün bu nəticələrə, müsbət dəyişikliklərə və göstəricilərə əsasən layihənin əhatə dairəsinin genişləndirilməsi barədə qərar vermişik".
Agentlik direktoru yaxın zamanlarda bu təşəbbüsə daha 90 təhsil müəssisəsinin cəlb olunmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb:
"16 minə yaxın valideyn müraciəti qeydə alınıb. Artıq həmin məktəblərdə tədris prosesinə də start vermişik. Ümid edirik ki, növbəti tədris ilinin sonunda həmin məktəblər üzrə də yüksək nəticələrlə həm valideynləri, həm də ictimaiyyəti sevindirəcəyik".
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin