
“Müəllim vaxtının böyük hissəsini məktəbdə keçirməlidir” - EŞQİ BAĞIROV
Məktəblərdə gələn ildən başlanılacaq tamştatlı müəllim modeli, ən yüksək nəticə göstərən müəllimlərin seçim meyarları ilə bağlı ən son detallar üçün direktor.az-a abunə olun. Məktəb mühitindəki ən vacib xəbərləri qaçırmamaq üçün bildirişləri aktiv edin.
Azərbaycan məktəblərində tamştatlı müəllim modelinin tətbiqi və namizədlərin seçim mexanizmi ilə bağlı detallar açıqlanıb.
Direktor.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov İctimai Televiziyanın "Pressinq" proqramında bu barədə danışıb.
O bildirib ki, yenilik birinci adambaşına maliyyələşmə sisteminə keçid edən təhsil ocaqlarında tətbiq olunacaq:
"İlkin seçim meyarları ilə bağlı daha təfərrüatlı qaydalar, seçim meyarları olacaq. Lakin ilkin baza göstəricilərinə əsasən seçim sertifikasiya prosesində ən yüksək nəticə göstərən, həqiqətən bu prosesdə iştirak etmək istəyən, iş şəraiti ilə razılaşan və kifayət qədər fərqlənən səriştələrə malik müəllimlər arasından aparılacaq. 2027-ci ildən etibarən bu prosesə start veriləcək. Bəzi hallarda nəticələri yüksək olan, ümumiyyətlə, müxtəlif qiymətləndirmələrdən keçən müəllimlər məktəblərdə çox az dərs saatı ilə təmin olunurlar. Bəzən 6, bəzən isə 12 saat dərslə kifayətlənirlər. Bu, müəllim sıxlığı ilə də əlaqəli ola bilər. Bəzi hallarda isə müəllimlərin öz iradəsi və istəyi ilə bu formada təşkil edilir. Düşünürük ki, bu, ümumi təhsil sistemi üçün o qədər də arzuolunan mənzərə deyil".
Agentlik direktoru müəllimlərin məktəb mühitində daha aktiv rol almasının və təhsil müəssisəsinə bağlılığının vacibliyinə diqqət çəkərək fikrini belə tamamlayıb:
"O, müəllim vəzifəsini daşıyırsa, vaxtının daha böyük hissəsini məktəbdə keçirməlidir. Eyni zamanda daha çox qiymətləndirmələr aparmalı, nəticələri təhlil etməli, zəif nəticə göstərən uşaqlarla işləməli, valideynlərlə əlaqə qurmalı və ünsiyyətdə olmalıdır. Tam ştatlı müəllim anlayışının mahiyyəti də bundan ibarətdir".
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin