
DİM agentlik əməkdaşları üçün təlim keçirib
Peşəkar bacarıqların artırılması, idarəetmə təlimləri və dövlət qulluğunda səriştələrin qiymətləndirilməsi ilə bağlı yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Maarifləndirici layihələr və təhsil sistemindən xəbərdar olmaq üçün bizi izləyin.
Dövlət İmtahan Mərkəzi 24 noyabr tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları üçün "Kargüzarlıq və elektron sənəd dövriyyəsi sistemləri" mövzusunda distant formada təlim keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Təlim zamanı Dövlət İmtahan Mərkəzinin İctimaiyyətlə əlaqələr və kargüzarlıq departamentinin böyük məsləhətçisi Nailə Abdullayeva tərəfindən iştirakçılar sənədlərin hazırlanması və rəsmiləşdirilməsi üçün ümumi tələblər, sənədlərin dövriyyəsinin təşkili, sənədlərin qeydə alınması və məlumat aparatının quruluşu, sənədlərin icrasına nəzarətin təşkili, işlərin nomenklaturunun tərtib edilməsi, qovluqların formalaşdırılması, arxivə təhvil verilməyə hazırlanması və cari arxivdən istifadə qaydaları, elektron sənədlərlə bağlı kargüzarlığın aparılmasının xüsusiyyətləri və s. mövzular barədə məlumatlandırılıb və bu səpkidə bir sıra müzakirələr aparılıb.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

