
DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Beynəlxalq dil sertifikatı imtahanları, DİM-in rəsmi elanları, qəbul proseslərini izləmək üçün direktor.az-a abunə olun. İmtahan tarixləri, tələblər və təhsil sahəsindəki yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
24 oktyabr 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda TOEFL iBT imtahanı keçiriləcək.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. İştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.
İmtahan saat 09:00-da başlanır. TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50
TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən - https://dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/toefl-ibt tanış olmaq mümkündür.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin