
Təhsil İnstitutu metodistlərlə onlayn görüş keçirib
Şagirdlərin beynəlxalq qiymətləndirilməsi, metodist və müəllimlərin peşəkar inkişafını izləmək üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki ən son metodiki yeniliklər, rəsmi müzakirələr və hesabatlardan xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) əməkdaşlarının, Bakı şəhəri və regionlar üzrə fəaliyyət göstərən metodistlərin, eləcə də aparıcı metodistlərin iştirakı ilə onlayn görüş keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Təhsil İnstitutundan bildirilib. Görüşün keçirilməsində əsas məqsəd beynəlxalq qiymətləndirmə proqramları və təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi istiqamətində həyata keçirilən layihələrlə bağlı məlumat mübadiləsinin aparılması, metodistlərin məlumatlandırılması və metodiki fəaliyyətin səmərəliliyinin artırılması olub.
Görüş zamanı PISA (Programme for International Student Assessment – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram) haqqında ətraflı müzakirələr aparılıb. PISA ilə bağlı təlimatların metodistlərə çatdırılması və müvafiq məlumatların müəllimlər arasında yayılmasının əhəmiyyəti vurğulanıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin