
DİM dövlət qulluğuna dair təlim keçirib
Dövlət idarəçiliyində kadr potensialının artırılması, peşəkar inkişaf təlimlərini izləmək üçün direktor.az-a abunə olun. Dövlət qulluğu sahəsindəki maarifləndirmə tədbirlərindən xəbərdar olmaq üçün bizi izləyin.
27 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Energetika Nazirliyinin əməkdaşları üçün Dövlət İmtahan Mərkəzinin Ümumi səriştələrin qiymətləndirilməsi sektorunun məsləhətçiləri Aynurə Abdalova və Pərvin Balabəyova tərəfindən “Səriştə modelinin dövlət qulluğunda tətbiqi və qiymətləndirmə alətləri" mövzusunda təlim keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Təlim zamanı iştirakçılar dövlət qulluğunun ümumi səriştə modeli, səviyyələr və davranış indikatorlarının düzgün müəyyənləşdirilməsi, həmçinin səriştəyə əsaslanan qiymətləndirmə və müsahibə proseslərinin aparılması ilə bağlı praktiki bilik və bacarıqlar əldə ediblər. Həmçinin təlimdə real iş situasiyalarının müzakirəsi, komanda tapşırıqları və simulyasiya məşqləri keçirilib. Sonda iştirakçıların sualları cavablandırılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

