
TKTA peşə təhsili müəssisələrinin akkreditasiyası üzrə təlim keçirib
Peşə təhsilində keyfiyyətin artırılması, ekspert hazırlığı proqramları və milli təhsil sistemindəki mühüm hadisələri izləmək üçün direktor.az-a abunə olun. Sahə üzrə strateji addımlar, rəsmi qiymətləndirmə standartlarından xəbərdar olmaq üçün bizi izləyin.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən peşə təhsili müəssisələrinin akkreditasiyası üzrə ekspert namizədləri üçün təlim proqramının II modulu çərçivəsində simulyasiya təlimi keçirilib.
Direktor.az xəbər verir ki, təlimin
Əsas məqsədi namizədlərin nəzəri biliklərini praktiki fəaliyyətlə əlaqələndirmək və akkreditasiya prosesində zəruri olan peşəkar səriştələrini inkişaf etdirmək olan simulyasiya təlimində ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən peşə təhsili müəssisələrini təmsil edən 17 əməkdaş iştirak edib.
Tədbirdə çıxış edən TKTA-nın İdarə Heyəti sədrinin müavini Kamran Rəsulov PTM-in akkreditasiyası prosesində ekspertlərin rolunu və peşəkar hazırlığının əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, akkreditasiya üzrə qiymətləndirmə yalnız sənədlərin nəzərdən keçirilməsi, müəyyən edilmiş meyarların tələblərinə uyğunluğunun yoxlanılması ilə məhdudlaşmır. Akkreditasiya üzrə qiymətləndirmənin səmərəli və obyektiv həyata keçirilməsi ekspertlərin bilik və təcrübəsindən, analitik yanaşmasından və peşəkar səriştələrindən birbaşa asılıdır.
Təlim çərçivəsində namizədlərin analitik düşünmə, komanda ilə işləmə, effektiv ünsiyyət qurma, problemlərin həlli və əsaslandırılmış qərarlar qəbul etmə bacarıqlarının qiymətləndirilməsinə diqqət yetirilib. Qeyd edək ki, ekspertin əsas vəzifəsi yalnız çatışmazlıqları müəyyənləşdirmək deyil, eləcə də müəssisənin güclü tərəflərini və inkişaf ehtiyaclarını obyektiv qiymətləndirmək və keyfiyyətin davamlı yüksəldilməsinə töhfə verməkdir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

