
UNEC tələbələri “Əlaçı” təqaüd proqramının qalibi olub
Təqaüd imkanlarını, ali təhsil müəssisələrinin müsabiqə nailiyyətlərini izləmək üçün direktor.az platformasına abunə olun. Universitet həyatındakı uğurlar, gənclərin karyera inkişafına dəstək layihələrindən xəbərdar olmaq üçün bizi izləyin.
“PAŞA Holdinq” və “PAŞA Sığorta”nın həyata keçirdiyi “Əlaçı” 2026-cı təqaüd proqramının nəticələri açıqlanıb. Ötən illərdə olduğu kimi, bu il də qaliblər arasında UNEC tələbələri üstünlük təşkil edib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Ölkənin müxtəlif ali təhsil müəssisələrinin tələbələrinin iştirak etdiyi müsabiqədə qalib seçilən 100 tələbədən 32-si UNEC tələbəsidir.
Xatırladaq ki, UNEC tələbələri “Əlaçı” təqaüd proqramında ötən illərdə də ölkə birincisi olublar. Belə ki, 2023-cü ildə 41, 2024-cü ildə 45, 2025-ci ildə isə 37 UNEC tələbəsi proqramın qalibi olub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
