
Qarabağ Regional Təhsil İdarəsi vakansiya elan edir
Regional təhsil idarələrində işə qəbul prosesləri, vakansiyalar, təhsil idarəçiliyində kadr təminatını izləmək üçün direktor.az-a abunə olun. Təhsil sistemindəki məşğulluq imkanlarından xəbərdar olmaq üçün bizi izləyin.
Ağcabədi rayonu üzrə təhsil sektorunda vakant mühasib vəzifəsinə işə qəbul müsabiqəsinə qeydiyyat başlayır.
Direktor.az xəbər verir ki, bu barədə Qarabağ Regional Təhsil İdarəsindən bildirilib. Müsabiqə sənədlərin yoxlanılması və müsahibə mərhələlərindən ibarət olacaq.
Namizədlərə dair tələblər:
İş stajına tələb qoyulmadan müvafiq sahə üzrə orta ixtisas təhsili və ya ali iqtisadi təhsil
Namizədlər bilməlidir: mühasibat uçotunun təşkili və maliyyə, vergi və digər hesabatların tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini, metodiki-normativ və başqa rəhbər materialları; müəssisə, idarə və təşkilatlarda mühasibat uçotunun aparılmasının metodlarını; maliyyə, vergi və digər hesabatların formalarını və onların tərtib edilməsini; hesablar planını və mühasibat yazılışlarını; hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini; sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat uçotu sistemində əks olunma qaydalarını; müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodlarını; hesablama texnikasının istismarı qaydalarını; iqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını; daxili əmək intizamı qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
Son qeydiyyat tarixi: 30.10.2026-cı il 18:00
Qeydiyyat linki: https://forms.gle/nSHvP1SzZLHYsdQZ9
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

