
Hacıqabul məktəblisi şahmat yarışında I yer qazanıb
Məktəblilərin intellektual inkişafını, təhsil idarələrinin təşəbbüslərini izləmək üçün direktor.az-a abunə olun. Uşaq və gənclərin beynəlxalq turnirlərdəki zəfərlərindən, rəsmi tədbirlərdən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə 19–26 oktyabr 2026-cı il tarixlərində Şirvan şəhər Olimpiya Kompleksində keçirilən “Shirvan Open 2026” beynəlxalq şahmat festivalı uğurla başa çatıb.
Direktor.az xəbər verir ki, bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsindən bildirilib. Festivalda Hacıqabul Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi, Hacıqabul şəhər Allahverdi Dadaşov adına 5 nömrəli tam orta məktəbin 6b sinif şagirdi Gözəl Sərdar İftixar oğlu 12 yaşlı oğlanlar arasında I yerə layiq görülüb. Gözəl Sərdar qazandığı uğura görə medal, diplom və qiymətli hədiyyə ilə təltif olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

