
DİM fənnlər üzrə hazırlıq kursları keçirir
Tədris metodologiyalarını, təlimçi və müəllim heyətinin peşəkar inkişafını izləmək üçün direktor.az saytına abunə olun. Təhsil idarəçiliyi, müasir tədris standartları və maarif sistemində həyata keçirilən yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Dövlət İmtahan Mərkəzində 26-28 oktyabr 2026-ci il tarixlərində Azərbaycan dili, ingilis dili, informatika və rus dili fənləri üzrə hazırlıq kursları keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər. Hazırlıq kursları həm əyani, həm də onlayn formada keçirilib. Moderatorlar – Azərbaycan dili fənni üzrə Saməddin İbrahimov, ingilis dili fənni üzrə Nərminə Əliyeva, informatika fənni üzrə Fikrət İbiyev, rus dili fənni üzrə Viktoriya Ələkbərova ölkənin təhsil sistemində tətbiq olunan qiymətləndirmə formaları (Beynəlxalq və Milli qiymətləndirmə) və imtahanlarda istifadə edilən tapşırıqların tipləri haqqında təqdimatla çıxış ediblər.
Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Hazırlıq kursları növbəti həftə davam etdiriləcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

