
DİM Mədəniyyət Nazirliyinin əməkdaşları üçün təlim keçirib
Dövlət qurumlarında kadr potensialının gücləndirilməsi, təhsil sistemindəki təlim layihələrini izləmək üçün direktor.az-a abunə olun. Rəsmi ixtisasartırma proqramları, ekspert təlimləri və yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin aparıcı məsləhətçisi Zeynal Cabarov tərəfindən Mədəniyyət Nazirliyinin əməkdaşları üçün “Məlumat savadlılığı və analitik düşüncə” mövzusunda təlim keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Təlim zamanı iştirakçılar məlumat savadlılığının mahiyyəti və əhəmiyyəti, məlumatın axtarılması və mənbələrin etibarlılığının qiymətləndirilməsi, fakt, fikir və fərziyyə arasındakı fərqlər, yanlış məlumat, dezinformasiya və manipulyasiya üsulları, tənqidi və analitik düşüncənin əsas prinsipləri, problemin kök səbəblərinin müəyyənləşdirilməsi, koqnitiv qərəzlər və məlumat əsasında qərarvermə, rəqəmsal mühitdə və süni intellekt tərəfindən yaradılan məlumatların yoxlanılması və s. mövzularda nəzəri və praktiki biliklərə yiyələniblər.
Təlim interaktiv formatda keçirilib. İştirakçılar real həyata yaxın praktik situasiyalar üzərində qruplarla işləyərək məlumatların etibarlılığını qiymətləndirib, ziddiyyətli məlumatları müqayisə edib, alternativ izahlar irəli sürüb və əsaslandırılmış nəticələrini təqdim ediblər. Sonda mövzu ətrafında müzakirələr aparılıb və təlim iştirakçılarının sualları cavablandırılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

