
DİM nazirlik əməkdaşları üçün təlim keçirib
Peşəkar bacarıqların artırılması, idarəetmə təlimləri və dövlət qulluğunda səriştələrin qiymətləndirilməsi ilə bağlı yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Maarifləndirici layihələr və təhsil sistemindən xəbərdar olmaq üçün bizi izləyin.
Dövlət İmtahan Mərkəzi tərəfindən 6 noyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün “Keyfiyyətin idarə edilməsi” mövzusunda təlim keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Təlim zamanı Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin aparıcı məsləhətçisi Zeynal Cabarov tərəfindən iştirakçılara keyfiyyət anlayışı, keyfiyyətin təmin olunması (QA) və keyfiyyətə nəzarət (QC) arasındakı fərqlər barədə ətraflı məlumat verilib.
Həmçinin dəyər zənciri, Lean Six Sigma metodologiyası vasitəsilə keyfiyyətin təkmilləşdirilməsi, biliyin idarə olunması və Kaizen yanaşması, eləcə də iş proseslərinin davamlı təkmilləşdirilməsi və səmərəliliyin artırılması ilə bağlı məsələlər izah olunub. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

