
Dövlət İmtahan Mərkəzinin kollektivi Zəfər parkını ziyarət edib
Dövlət qurumlarımızın vətənpərvərlik tədbirlərini, imtahan prosesləri ilə bağlı rəsmi yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki ən son qərarlar, qürurverici tədbirlərdən xəbərdar olmaq üçün bizi izləyin.
8 Noyabr – Zəfər Günündə Dövlət İmtahan Mərkəzinin kollektivi şəhidlərimizin xatirəsini yad etmək üçün Zəfər Parkını ziyarət edib və parkın girişindəki abidənin önünə gül dəstələri düzüblər.
Dövlət İmtahan Mərkəzinin əməkdaşları şəhidlərimizin ruhu qarşısında baş əyib, onların xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər.
Qeyd edək ki, Zəfər parkı, parkın girişindəki Zəfər tağı Azərbaycan tarixinə həkk olunmuş 44 günlük Vətən müharibəsini, şanlı Qələbəmizi, qəhrəman şəhidlərimizin əziz xatirəsini yaşadır və buraya gələn hər bir ziyarətçinin yaddaşında bu qürurverici tarix yenidən canlanır.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
