
DİM peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçirəcək
Peşəkar sertifikatlaşdırma prosesləri, DİM-in rəsmi imtahan cədvəlləri, elektron qiymətləndirmə mexanizmlərini izləmək üçün direktor.az-a abunə olun. İmtahan qaydaları, buraxılış vərəqələri və təhsil sahəsindəki rəsmi yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Dövlət İmtahan Mərkəzi 25 oktyabr 2026-cı il tarixində peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrә) keçirəcək.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. İmtahana qeydiyyat DİM-in saytı vasitəsilə aparılıb və imtahanda iştirak etmək üçün 684 nəfər müraciət edib. İmtahan Bakıda DİM-in elektron imtahanlar korpusunda, Naxçıvanda isə 4 nömrəli məktəbdə kompüterlər vasitəsilə keçiriləcək. Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçənlər imtahanın demo versiyası ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərlər:
https://portal.dim.gov.az/pmsDemo/
İmtahanlar saat 10:00-da və 16:00 başlanır. Müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmırlar. İmtahan binasına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, pozan, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək qadağandır.
İmtahanın müddəti 3 saatdır və namizədə seçdiyi peşәkar mühasib sertifikat növünә aid qanunvericilik üzrә 40 test tapşırığı tәqdim olunur. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni buradan - https://exidmet.dim.gov.az/elimt/ImtBuraxilish/Login çap edə bilərlər. Həmin səhifədə imtahan iştirakçısının “Yaddaş kitabçası” da yerləşdirilib. İmtahan iştirakçılarından xahiş edirik ki, kitabça ilə mütləq tanış olsunlar. Namizədlər imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və vaxtı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib), özləri ilə mütləq aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);
- imtahana buraxılış vərəqəsi.
İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 7 imtahan rəhbəri, 45 nəzarətçi, 7 buraxılışı rejimi əməkdaşı (mühafizə) cəlb olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin