
Elm və Təhsil Nazirliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
Məktəblərdə və təhsil müəssisələrində ictimai təşəbbüslərin dəstəklənməsi, maarifləndirici tədris proqramlarını izləmək üçün direktor.az-a abunə olun. Təhsil sahəsinə yönəlmiş qrant imkanları, rəsmi elanlarından xəbərdar olmaq üçün bizi izləyin.
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün kiçik qrant müsabiqəsi elan edir. Müsabiqə üzrə qrant məbləğinin yuxarı həddi 30 000 (otuz min) manatdır.
Direktor.az xəbər verir ki, müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna oktyabrın 22-dən başlanılır. Bu proses noyabrın 12-dək davam edəcək. Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək, qaliblər müəyyənləşdiriləcək və adları elan ediləcək.
Müsabiqənin mövzuları, iştirakla bağlı əsas tələblər və sənədlərlə aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz:
Qrant müsabiqəsinin elanı - https://edu.gov.az/uploads/elan/2026/10/22/ELAN%20-%20ETN%2022.10.2026%20%281%29.docx
Kiçik qrant müsabiqəsi layihə - https://edu.gov.az/uploads/elan/2026/10/22/kicik-qrant-musabiqesi-1792663460856.docx
Büdcənin maliyyə əsaslandırılması- https://edu.gov.az/uploads/elan/2026/10/22/budcenin-maliyye-esaslandirilmasi-1792663460774.docx
Media subyektində yayılmış məlumatlar- https://edu.gov.az/uploads/elan/2026/10/22/media-subyektinde-yayilmis-melumatlar-1792663460889.docx
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin