
DİM taksi sürücüləri üçün imtahan keçirəcək
İmtahana qeydiyyat prosesini, buraxılış vərəqələrinin verilmə şərtlərini və şəhadətnamə almaq üçün tələb olunan təlimatları izləmək üçün direktor.az-a abunə olun. İmtahan mərkəzinin fəaliyyəti, rəsmi qiymətləndirmə prosedurları və sertifikatlaşdırma sahəsindəki elanlardan xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün oktyabrın 21-də imtahan keçirəcək.
Direktor.az xəbər verir ki, müvafiq qurumlar DİM-ə sürücü olmaq istəyənlərin məlumatları təqdim ediblər.
Həmin şəxslər 25 sentyabr saat 16:30-dan 9 oktyabr saat 18:00-dək qeydiyyatdan keçməlidirlər. İmtahanda iştirak etmək üçün sürücülər ilk növbədə DİM-in internet saytında (https://ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı və göstərilən vaxtadək "Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı" xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər.
İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Test imtahanı Bakıda DİM-in elektron imtahanlar korpusu, Naçıvan şəhər 4 saylı orta məktəb, Gəncə şəhər Vaqif Əliyev adına 12 saylı orta məktəb və DİM-in Bərdə Regional Bölməsində keçiriləcəkdir.
Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3 gün qalmış DİM-in saytından "Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı" xidməti vasitəsilə əldə edə biləcəklər.
İmtahanın davametmə müddəti 1 saatdır. İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin