
DİM və Gürcüstanın İmtahan Mərkəzi arasında əməkdaşlıq davam edir
Beynəlxalq səviyyəli təcrübə mübadiləsi, qiymətləndirmə sahəsindəki yenilikləri izləmək üçün direktor.az-a abunə olun. İmtahan prosesləri, rəsmi elanlardan xəbərdar olmaq üçün bizi izləyin.
Dövlət İmtahan Mərkəzi ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi (MQİM) arasında əməkdaşlıq davam etdirilir.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Əməkdaşlığın növbəti mərhələsi olaraq, 12-13 noyabr 2026-cı il tarixlərində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin müəllimləri üçün gürcü dilinə aid yoxlama-ölçmə materiallarının hazırlanması ilə bağlı onlayn təlim sessiyaları keçirilib.
Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən aparılan təlimlər testlərin hazırlanması metodologiyasına və test tapşırıqlarının tərtib edilməsi prinsiplərinə həsr olunub.
Təqdimatlar zamanı iştirakçılara MQİM-in bu sahədəki təcrübəsi əsasında nümunələr təqdim edilib, müxtəlif bilik və bacarıqların yoxlanılması üçün uyğun tapşırıq növləri barədə məlumat verilib.
Təlimlərin praktik hissəsi interaktiv formatda təşkil olunub. Belə ki, təlimçilər iştirakçılara müəyyən çatışmazlıqları olan test tapşırıqları təqdim edərək onların təhlilini və təkmilləşdirilməsini təklif ediblər. Bununla yanaşı, iştirakçılar tapşırıqların hazırlanması və testlərin tərtib edilməsi prosesini daha dərindən mənimsəmək məqsədilə müxtəlif praktiki çalışmalar və məşğələlər yerinə yetiriblər.
Qeyd edək ki, DİM və MQİM arasında Azərbaycan və gürcü dilləri üzrə qiymətləndirmə alətlərinin hazırlanması istiqamətində əməkdaşlıq altı ildir davam edir. Bu əməkdaşlıq çərçivəsində 14–20 iyun 2026-cı il tarixlərində DİM-in Metodika və dərsliklərin monitorinqi şöbəsinin əməkdaşları Gürcüstanın Tbilisi şəhərində yerləşən MQİM-də tarix, coğrafiya, kimya, fizika, riyaziyyat və digər fənlər üzrə imtahan materiallarının ekspertizasında iştirak ediblər.
Eyni zamanda, MQİM-in əməkdaşları DİM-in gürcü dili fənni üzrə test bankının nəzərdən keçirilməsi və təkmilləşdirilməsi prosesinə öz töhfələrini veriblər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

