
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində Qana Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib
Təhsil sahəsindəki qlobal tərəfdaşlıqları, beynəlxalq əlaqələrin genişlənməsini izləmək üçün direktor.az-a abunə olun. Təhsil sektorundakı beynəlxalq layihələr, akademik yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində Qana Respublikasının Ticarət, Aqrobiznes və Sənaye Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Qana tərəfinin nümayəndələri ilə yanaşı, Afrika–Azərbaycan Əməkdaşlığı Təşkilatının (AFAZ) nümayəndələri də iştirak ediblər.
Direktor.az xəbər verir bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Görüş zamanı Azərbaycan ilə Qana arasında ali təhsil və elm sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Qonaqlara Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı Proqramının məqsədi, əhatə dairəsi və iştirak şərtləri, eləcə də Proqram çərçivəsində Qana vətəndaşlarının Azərbaycanda müxtəlif təhsil səviyyələri üzrə ali təhsil almaq imkanları barədə ətraflı məlumat təqdim olunub.
Bununla yanaşı, “Study in Azerbaijan” təşəbbüsü çərçivəsində ölkəmizin ali təhsil sistemi, xarici tələbələr üçün mövcud təhsil imkanları, təqaüd proqramları və beynəlxalq tələbələr üçün yaradılmış əlverişli akademik mühit barədə məlumat verilib.
Görüşdə, həmçinin Azərbaycan və Qananın ali təhsil müəssisələri, eləcə də elmi-tədqiqat institutları arasında əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, akademik mübadilə imkanlarının təşviqi perspektivləri müzakirə olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

