
Ukrayna nümayəndələri Odlar Yurdu Universitetində olublar
Ali təhsil müəssisələrinin beynəlxalq əlaqələri, tələbə-müəllim mübadiləsi proqramlarını izləmək üçün direktor.az- abunə olun. Türkiyə ilə birgə həyata keçirilən qlobal təhsil təşəbbüsləri, rəsmi elanlardan məlumatlı olmaq üçün bizi izləyin.
“Azərbaycanda Ukrayna Ədəbiyyatı Günləri” çərçivəsində ölkəmizdə səfərdə olan Ukraynanın tanınmış ədəbiyyat, elm və mədəniyyət nümayəndələri Odlar Yurdu Universitetinin qonağı olublar.
Direktor.az xəbər verir ki, bu barədə OYU-dan bildirilib. Görüşdə Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev, ukraynalı nəşriyyatçı, sahibkar və yazıçı, “Folio” nəşriyyatının baş direktoru və əsas sahibi Aleksandr Krasovitski, yazıçı, filosof, tarixçi, publisist, fəlsəfə elmləri doktoru, professor, Milli “Ostrog Akademiyası” Universitetinin birinci prorektoru, Ukraynanın Əməkdar elm və texnika xadimi Pyotr Kralyuk, yazıçı, jurnalist və kommunikasiya mütəxəssisi Svetlana Yemets (Taratorina) iştirak ediblər.
Odlar Yurdu Universitetini görüşdə İdarəetmə Şurasının sədri, millət vəkili, professor Samir Vəliyev, İngilis dilində tədrisin təşkili fakültəsinin dekanı, PhD Aydın Əliyev, Strateji inkişaf və karyera departamentinin rəhbəri Aslan Əzimzadə və İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Pərvanə Əliyeva təmsil ediblər. Səfər Ukrayna ədəbiyyatının və mədəniyyətinin Azərbaycanda tanıdılması, iki ölkə arasında ədəbi-mədəni əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyət daşıyır. Ukraynanın tanınmış yazıçı, alim və nəşriyyat nümayəndələrinin universitetə səfəri Azərbaycan və Ukrayna arasında humanitar əməkdaşlığın, mədəni dialoqun və qarşılıqlı təcrübə mübadiləsinin inkişafına töhfə verən təşəbbüslər çərçivəsində diqqətəlayiq hadisədir.
Qeyd edək ki, “Azərbaycanda Ukrayna Ədəbiyyatı Günləri” çərçivəsində keçirilən tədbirlər iki ölkənin ədəbi irsinin, müasir ədəbiyyatının və mədəni dəyərlərinin qarşılıqlı tanıdılmasına xidmət edir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

