
Elm və Təhsil Nazirliyinə 15 gündə 27 mindən çox müraciət daxil olub
Vətəndaş qəbulları, təhsil idarəçiliyi və maarif-təhsil sistemindəki bütün mühüm hadisələri izləmək üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki ən son rəsmi elanlar, vətəndaş müraciətləri və yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Noyabrın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi və tabeliyində olan qurumlara ümumilikdə 27 097 vətəndaş müraciəti daxil olub.
Direktor.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib. Müraciətlərin 4 609-u elektron qaydada, 1 700-ü yazılı formada, 16 014-ü çağrı mərkəzləri vasitəsilə qəbul edilib. Bundan əlavə, 4 774 müraciət vətəndaş qəbulu zamanı qeydə alınıb.
Daxil olan müraciətlər əsasən şagirdlərin elektron yerdəyişməsi, olimpiada və müsabiqələr, təhsil tələbə kreditinə elektron müraciət, məktəbəqədər təhsil müəssisələrinə qəbul və digər məsələlərlə bağlı olub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

