
Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyası

Məktəbşünas
Müəllif
Fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı sistemini bütün tiplərdən olan ümumtəhsil məktəbləri, orta ixtisas, ali, diplomdan sonrakı və əlavə təhsil üzrə pedaqoji təhsil proqramlarını həyata keçirən tədris müəssisələri əhatə edir.
Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyası
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 iyun tarixli 102 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Giriş
Müasir şəraitdə cəmiyyətin sosial-iqtisadi və elmi-texniki inkişafının əsas xüsusiyyəti istehsal fəaliyyətinin məzmununun və onun subyektləri arasında qarşılıqlı əlaqələrin sürətlə dəyişməsindən ibarətdir. Öz növbəsində bu, insanın müəyyən qədər bilik və bacarıqlar alması istiqamətinə yönəlmiş təhsil növündən bir şəxsiyyət kimi, yaradıcı fəaliyyətin və davranışın subyekti kimi inkişaf etməsinə imkan verən təhsil növünə keçilməsini tələb edir. Yalnız şəxsiyyətə yönəlmiş təhsil insanın dinamik dəyişən ictimai və iqtisadi həyatın tələblərinə cavab verən bir şəxsiyyət kimi inkişaf etməsinə imkan yarada bilər.
Abunə Məzmunu
Bu məqaləyə və bütün premium məzmuna tam giriş əldə etmək üçün abunə olun.

Müəllif
Məktəbşünas
Bilik və təcrübə paylaşan məzmun yaradıcısı.