
Formula-1 yarışlarına görə hansı məltəblər onlayn tədrisə keçəcək?
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin rəsmi qərarlarını, onlayn dərslərin təşkil olunacağı məktəblər ilə bağlı xəbərləri izləmək üçün direktor.az-a abunə olun. Şagird, müəllim və valideynlər üçün operativ elanları, dərs qrafiklərindəki dəyişiklikləri və təhsil gündəmindəki yenilikləri vaxtında öyrənmək üçün bildirişləri aktiv edin.
Formula-1 Azərbaycan Qran Prisi bu il 24-26 sentyabr tarixlərində keçiriləcək.
Direktor.az xəbər verir ki, bununla bağlı Bakı yollarında ilkin məhdudiyyət artıq 19 sentyabrdan Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsində tətbiq ediləcək.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib ki, tədbirin keçirildiyi əraziyə yaxın təhsil müəssisələrində dərslər onlayn formada təşkil olunacaq.
Həmin təhsil ocaqlarının adları hələlik açıqlanmayıb. Lakin ötən illərdə Formula-1 yarışlarına görə aşağıdakı təhsil müəssisələri onlayn tədrisə keçib:
– 132-134 nömrəli Təhsil Kompleksi
– 6 nömrəli məktəb-lisey
– 7 və 8 nömrəli məktəblər
– 160 nömrəli Klassik Gimnaziya
– Elitar Gimnaziya
– 189-190 nömrəli məktəb
– 2 və 147 nömrəli texniki-humanitar liseylər
– 27 nömrəli məktəb
– 1 nömrəli məktəb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin