
İdman Akademiyası və Güləş Federasiyası əməkdaşlıq edəcək
İdman təhsili müəssisələrinin federasiyalarla birgə təşəbbüslərini, tələbələr üçün yaradılan təcrübə imkanlarını izləmək üçün direktor.az-a abunə olun. Ali təhsil mühitindəki strateji tərəfdaşlıqlardan, peşəkar inkişaf layihələrindən agah olmaq üçün bizi izləməyə davam edin.
Sentyabrın 25-də Azərbaycan İdman Akademiyası (ASA) ilə Azərbaycan Güləş Federasiyası (AGF) arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Direktor.az xəbər verir ki, ASA-nın rektoru Fuad Hacıyevin iştirakı ilə memorandumu Akademiyanın tədris işləri üzrə prorektoru Ülkər Babayeva və AGF-nin baş katibi Pərvin Piriyev imzalayıblar. Memorandum təhsil, idman, elm və tədqiqat sahələrində əməkdaşlığı, güləşin inkişafını və yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində idmançı, məşqçi və hakimlərin peşəkarlığının artırılması, tələbələr üçün praktiki imkanların yaradılması, yarış, təlim və ustad dərslərin təşkili planlaşdırılır.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin