
Sənədsiz peşə sahiblərinə dövlət diplomu verilir - TKTA
Vətəndaşların peşə bacarıqlarının rəsmiləşdirilməsi prosesini, əmək bazarına inteqrasiya imkanlarını izləmək üçün direktor.az-a abunə olun. Peşə təhsili, təhsildə keyfiyyətin təminatı sahəsindəki yeniliklərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) qeyri-formal və informal yollarla peşə öyrənmiş vətəndaşların bacarıqlarının rəsmiləşdirilməsi prosesini davam etdirir.
Direktor.az xəbər verir ki, “Friends beauty” gözəllik salonunda “Bərbər-vizajist-manikürçü” ixtisası üzrə növbəti praktiki imtahan təşkil olunub. Əmək bazarında özünüməşğulluğun təşviqi və dövlət məşğulluq siyasətinə töhfə vermək məqsədi daşıyan qiymətləndirmə prosesinə TKTA-nın Hüquq təminatı departamentinin direktoru Vüqar Bağırlı rəhbərlik edib. Komissiyanın heyətində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Fuad Mehdizadə və “Friends beauty” salonunun təsisçisi, vizajist Yeganə Həsənova yer alıblar. İmtahan zamanı namizədlərin peşəkarlıq səviyyəsi Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təlimçi-metodisti Qumru Həsənlinin ekspert rəyi əsasında yoxlanılıb.
Xatırladaq ki, bacarıqların tanınması mexanizmi iki pillədən ibarətdir: namizədlər əvvəlcə nəzəri biliklərini nümayiş etdirir, bu mərhələni keçənlər isə praktiki bacarıqlarını sübut etmək üçün ikinci mərhələyə buraxılırlar. Hər iki sınaqdan uğurla keçən şəxslərə dövlət nümunəli peşə sənədi təqdim edilir.
Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarına əsasən, TKTA-nın təqdim etdiyi diplom ilk peşə təhsili sənədinə bərabər tutulur. Bu sənəd sahibinə həm ixtisası üzrə rəsmi fəaliyyət göstərmək, həm də peşə təhsilinin növbəti pillələrində təhsilini davam etdirmək hüququ qazandırır.
Öz bacarıqlarını rəsmi sənədlə təsdiqləmək istəyən namizədlər üçün qeydiyyat prosesi davam edir.
Onlayn müraciət üçün link: https://tinyurl.com/53jmtf8z
Rəsmi veb-sayt: https://tkta.edu.az
Əlaqə nömrəsi: (+99450) 443-77-89
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin