
UNEC-də Anım Gününə həsr olunan kitab təqdim edilib
Ali təhsil ocaqlarında vətənpərvərlik ruhunun təbliği, tarixi yaddaşın qorunmasına xidmət edən layihələr və kitabxana təşəbbüslərini izləmək üçün direktor.az-a abunə olun. Elm, maarifləndirmə və universitet həyatındakı tədbirlərdən, rəsmi yeniliklərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
UNEC-in 2 saylı Kitabxanası “Kitab Bələdçisi” layihəsinin növbəti buraxılışı 27 Sentyabr - Anım Gününə həsr olunub.
Direktor.az xəbər verir ki, layihə çərçivəsində video çarx hazırlanıb. Vətən müharibəsi, şəhid və qazilərimizin keçdiyi şərəfli döyüş yolu, eləcə də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən bəhs edən azərbaycan, rus və ingilis dillərində hazırlanmış 6 kitab haqqında məlumat verilib.
Layihə çərçivəsində “Dirçəliş. Başlanğıc”, “Qarabağ – yeni sətirdən”, “Şuşa zirvədən uca”, “Tarixi yazan qəhrəmanlar”, “Zəfər memuarları” və “Zəfər salnaməsi” kitabları təqdim edilib.
“Dirçəliş. Başlanğıc”, “Qarabağ – yeni sətirdən”, “Şuşa zirvədən uca” və “Zəfər salnaməsi” nəşrlərinin layihə rəhbəri və baş redaktoru Musa Mərcanlı, “Tarixi yazan qəhrəmanlar” kitabının ideya müəllifi Mədət Quliyevdir.
“Zəfər memuarları” nəşri isə Vətən müharibəsi iştirakçılarının xatirə və düşüncələrini əks etdirir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin