
IELTS imtahanında iştirak etmək üçün qeydiyyat davam edir - DİM
Dövlət İmtahan Mərkəzində beynəlxalq IELTS imtahanlarının təşkili, rəsmi qeydiyyat qaydaları və imtahan şərtləri barədə məlumatları saytımızdan əldə edin. Xarici dil biliklərinin qiymətləndirilməsini, beynəlxalq standartlara uyğun imtahan imkanlarını və təhsilalanların akademik inkişafına yönəlmiş təşəbbüsləri izləmək üçün direktor.az-a abunə olun.
Dövlət İmtahan Mərkəzi rəsmi olaraq IELTS qeydiyyat mərkəzi kimi fəaliyyət göstərir. Qeydiyyat mərkəzi IELTS imtahanlarının keçirilməsi üçün “British Council” tərəfindən müəyyən edilmiş və müvafiq tələblərə cavab verən rəsmi imtahan məkanıdır.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. DİM-də IELTS imtahanı 19 noyabr 2026-cı il tarixində mərkəzin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi, 50) keçiriləcək.
İmtahanda iştirak etmək istəyən şəxslər 14 noyabr 2026-cı il tarixinədək ilkin müraciətlərini edə bilərlər. İlkin müraciət üçün keçiddən istifadə etmək lazımdır https://docs.google.com/forms/d/1ogFRLKCu4ERNmTOtN2KUFQYKnB0FM5Ll-9Ny41_iOnY/viewform?pli=1&pli=1&edit_requested=true
İlkin müraciət zamanı iştirakçıdan ad, soyad, əlaqə məlumatları və imtahanla bağlı zəruri məlumatların təqdim edilməsi tələb olunur. Müraciət qəbul edildikdən sonra iştirakçı üçün IELTS portalında müvafiq hesab yaradılacaq və ödənişin həyata keçirilməsi üçün hesaba giriş imkanı təqdim ediləcək.
Qeyd: IELTS imtahanında iştirak etmək üçün qeydiyyat və ödəniş prosesi (575 AZN) IELTS portalı üzərindən həyata keçirilir. DİM yalnız rəsmi qediyyat mərkəzi (registration center) qismində çıxış edir. Qeydiyyat prosesi və imtahanla bağlı əlavə məlumat almaq üçün international@dim.gov.az elektron poçt ünvanına müraciət edə bilərsiniz.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

