
Məktəblərdə psixoloqlara rəsmi dərs saatları veriləcək?
Məktəblərdə psixoloji xidmətin təşkili, tədris planlarındakı yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Pedaqoji proseslə bağlı rəsmi açıqlamalar, ekspert rəylərindən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan ümumtəhsil məktəblərində psixoloqların fəaliyyətinin təkmilləşdirilməsi və onlara rəsmi dərs saatlarının verilməsi müzakirələri son vaxtlar ölkəmizdə təhsilin keyfiyyətinin artırılması istiqamətində atılan mühüm addımlardandır. Ölkəmizdə şagirdlərin akademik göstəriciləri ilə yanaşı, onların psixoloji rifahı, təhlükəsiz məktəb mühiti və sağlam psixoloji inkişafı dövlət siyasətinin prioritetlərindən birinə çevrilib.
Direktor.az xəbər verir ki, mövzuyla bağlı deputat Ceyhun Məmmədov Modern.az-a danışıb. Onun sözlərinə görə fənn olaraq düşünülürsə ilk növbədə proqram hazırlanmalıdır.
"Hər məktəbdə psixoloq var və onların vəzifələri uşaqlara psixoloji dəstək göstərməkdir. Dərs keçirilməsi isə ciddi məsələdir. Bunun üzərində ciddi hazırlaşmalı və proqram hazırlanmalıdır.
Bu qərarın qəbul olunmasında, proqramın hazırlanmasında tələsməməliyik. Uşaqların dərs saatına təsirini həmçinin psixoloqlara müəyyən təlimlər əsasında dərs saatının verilməsi təmin olunmalıdır. Bütün bu məsələlər həllini tapdıqdan sonra addım atmalıyıq. Əks halda təhsildə bir neçə problemlərlə üzləşə bilərik".
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
