
ADNSU Mərakeşdə beynəlxalq təhsil sərgisində iştirak edib
Ali təhsil müəssisələrimizin xaricdəki uğurlu təmsilçiliyini, qlobal akademik əməkdaşlıqları izləmək üçün direktor.az-a abunə olun. Universitetlərimizin beynəlxalq nailiyyətləri, rəsmi elanlardan xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Şimali Afrikada keçirilən beynəlxalq təhsil sərgisinin üçüncü və sonuncu günündə Mərakeş Krallığının Kasablanka şəhərində təmsil edilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nigar Adilovanın rəhbərliyi ilə nümayəndə heyəti beynəlxalq sərgidə uğurla təmsil olunub.
Sərgi çərçivəsində ziyarətçilər ADNSU-nun beynəlxalq təhsil sahəsindəki uğurları, tədris proqramları və qəbul şərtləri haqqında ətraflı məlumat əldə ediblər.
Beləliklə, noyabrın 6–8-də Əl-Cədidə, Rabat və Kasablanka şəhərlərində keçirilən beynəlxalq təhsil sərgisi çərçivəsində ADNSU-nun təhsil imkanları ümumilikdə minə yaxın valideyn, məktəbli və tələbənin iştirak etdiyi platformada təqdim olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

