
Odlar Yurdu Universitetində “Xarı bülbül” adlı moda festivalı keçirilib
Ali təhsil müəssisələrimizdə gerçəkləşən layihələri, tələbə təşəbbüslərini izləmək üçün direktor.aza abunə olun. Universitetlərimizdəki ən son Zəfər tədbirləri, eləcə də rəsmi təhsil yeniliklərindən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Odlar Yurdu Universitetində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Xarı bülbül” adlı sərgi və moda festivalı keçirilib.
Direktor.az xəbər verir ki, universitetin Dizayn kafedrası ilə birgə təşkil olunan festivalın əsas məqsədi milli-mənəvi dəyərlərin, Azərbaycan mədəniyyətinin və milli geyim ənənələrinin təbliği, tələbələrin yaradıcılıq potensialının nümayiş etdirilməsi olub.
Yaradıcılıq və mədəni tədbirlər departamentinin rəhbəri Xatirə Tağıyevanın təşkilatçılığı, layihə rəhbəri, TGT sədri İnşallah Əhmədovun rəhbərliyi ilə keçirilən tədbir Azərbaycan xalq musiqisinin sədaları altında modellərin və dizaynerlərin səhnəyə dəvət olunması ilə başlayıb. Festival çərçivəsində sərgi təşkil olunub, moda nümayişində isə tələbələr milli ornamentlər, atributlar və aksesuarlarla zənginləşdirilmiş geyim kolleksiyalarını təqdim ediblər. Moda nümayişində model oğlanlar Adil Şiriyev, Nikita Sadovskiy, Məhəmməd Cəfərli, Nihat Nağıyev, Uğur Hüseynli, Davud Dadaşov, Əjdər Məmmədov, Rahul Hacıyev, Eldar Əlizadə və Suleyman Əhmədzadə, model qızlar Gültəkin Həbibova, Nəzrin Əliyeva, Aynurə Müslümova, Fatimə Hümmətova, Dilşad İbizadə, Aişə Məmmədli, Aytən Süleymanova, İnci Buxsayeva, Ceyla Rostami Niri və Mədinə Zamanlı iştirak ediblər.
Geyim kolleksiyalarının hazırlanması və təqdimatında dizaynerlər Elza Quliyeva, Fatimə Abdullazadə, Könül Hüseynova, İrina Ramazanova, Nərmin Məmmədova, Xalidə Hadiyeva, Sofiya Məmmədova, Mədinə Əliyeva, Aydan Paşayeva və Ruhin Məmmədzadə iştirak ediblər.
Təqdim olunan kolleksiyalar münsiflər heyəti tərəfindən 10 ballıq qiymətləndirmə sistemi əsasında dəyərləndirilib. Qiymətləndirmənin nəticələrinə uyğun olaraq qaliblər müəyyənləşdirilib və onlar tac və fəxri fərmanlarla təltif olunublar. Tədbirin sonunda münsiflər heyətinə və təşkilat komitəsinə təşəkkürnamələr təqdim edilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

