
ADMİU-nun müəllimi Moskvada Zəfər Gününə həsr olunan tədbirdə çıxış edib
Ölkəmizin beynəlxalq arenadakı, ali təhsil müəssisələrimizin beynəlxalq layihələrdəki fəallığını izləmək üçün direktor.az-a abunə olun. Qürurverici Zəfər tədbirləri, universitetlərimizin qazandığı nailiyyətlərdən məlumatlı olmaq üçün bizi izləyin.
Azərbaycanın Rusiyadakı səfirliyi Moskvada Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirib.
Direktor.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetindən bildirilib. Tədbirdə Rusiyanın siyasi və ictimai dairələrinin nümayəndələri, Moskvada akkreditə olunmuş bir neçə ölkənin səfirləri, hərbi attaşelər və Azərbaycan diasporunun tanınmış simaları iştirak ediblər. Qonaqlara İkinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsi haqqında film nümayiş etdirilib.
Ölkəmizin Rusiyadakı səfiri Rəhman Mustafayev bildirib ki, 8 noyabr 2020-ci ildə Şuşa qalası üzərində Azərbaycan bayrağı qaldırılıb. O, onilliklər boyu işğal zamanı dağıdılmış şəhər və kəndləri, mədəni abidələri və təhqir olunmuş müqəddəs yerləri xatırladıb.
Çıxışlardan sonra tədbir bayram konserti ilə davam etdirilib. ADMİU-nun müəllimi, Beynəlxalq müsabiqələrin laureatları Səxavət Məmmədov (tar), Camalə Abdinzadə (fortepiano) və Aysun Mahmudzadə (soprano) qonaqların qarşısında çıxış ediblər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

